ZAHRA CLINIC

HAQQIMIZDA

Zahra Clinic 2019-cu ildən etibarən fəaliyyət göstərən, böyüklər və uşaqlar üçün geniş spektrli tibbi və sağlamlıq xidmətləri təqdim edən müasir tibbi mərkəzdir. Klinikamız beynəlxalq təcrübəyə, xüsusilə Almaniya və Avstriyada əldə olunmuş tibbi yanaşmalara əsaslanaraq fəaliyyət göstərir və əsas məqsədimiz pasiyentlərə həm fiziki, həm də ümumi sağlamlıq baxımından dəstək olmaqdır.

Klinikada multidissiplinar yanaşma tətbiq olunur. Müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər birgə çalışaraq hər bir pasiyent üçün fərdi müalicə və bərpa planı hazırlayır. Bu yanaşma yalnız mövcud şikayətlərin aradan qaldırılmasına deyil, eyni zamanda orqanizmin ümumi balansının bərpasına yönəlib.

Klinikamızda fizioterapiya, kayropraktika, manual terapiya, ozonoterapiya, dietologiya, nevrologiya, psixologiya və kosmetologiya sahələrində xidmətlər mövcuddur. Bununla yanaşı, bədən nöqtələri ilə müalicəvi masaj , enerji terapiya və yoqa istiqamətləri üzrə də xidmətlər təqdim olunur.

Fəaliyyətimiz boyunca əsas prioritetimiz pasiyent məmnuniyyəti, tibbi xidmətlərin keyfiyyəti və peşəkar yanaşmadır. Rahat və etibarlı mühitdə təqdim olunan xidmətlərimiz insanların sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Zahra Clinic – sağlamlığınız üçün müasir tibbin və reabilitasiyanın birləşdiyi etibarlı mərkəz.

JJ-115
Məmnun pasientlər
0 +
Həkim mütəxəssislər
0
illik təcrübə
+ 0

Həkimlər

Həkimlər & Mütəxəssislər

Baş Həkim / Ümumi Cərrah / Klinik Psixoloq/ PSYCH-K®️ Facilitator / Bariatric dietoloq

Kayropraktika Uzmanı

Uzman Fizioterapevt

Psixoterapevt

Mütəxəssis - Endokrinoloq

Mütəxəssis - Nevroloq

Həkim dietoloq - Metabolic Balance programı üzrə Azərbaycan təmsilçisi

Həkim Fizioterapevt / Ozonoterapevt

Klinik Psixoloq

Həkim - Kosmetoloq

Enerji Terapiyası/ Bədən Nöqtələri ilə Müalicə mütəxəssisi

Klinik Psixoloq / PSYCH-K®️ Facilitator

Nəfəs Terapiyası / Yoga Mütəxəssisi

Tibb Elmlər Namizədi , terapevt- Bio-rezonans diaqnostika və müalicə

Travmatoloq-ortoped

Qəbula yazılmaq üçün, +994 50 212 02 90