Fizioterapiya və reabilitasiya, dayaq-hərəkət sistemi
Zahra Clinic-də əzələ, oynaq və onurğa problemlərinin diaqnostika və müalicəsi həyata keçirilir. Fizioterapiya üsulları ilə ağrılar azaldılır, hərəkət qabiliyyəti bərpa olunur. Reabilitasiya proqramları fərdi şəkildə hazırlanaraq pasiyentin gündəlik aktivliyə qayıtmasına kömək edir. Travma və əməliyyatlardan sonra sağalma prosesini sürətləndirmək əsas məqsədlərdəndir.
Həkim və mütəxəssislərimiz:
Aqil İsgəndərov – Travmatoloq-ortoped
Vüqar Aslanlı – Kayropraktik uzmanı, fizioterapevt
Xatirə Heybətova – Həkim fizioterapevt, Ozonoterapevt
Əziz Dəvrişov – Uzman fizioterapevt, manual terapevt
Psixologiya və psixoterapiya
Psixoloji dəstək və terapiya xidmətləri pasiyentlərimizin emosional və zehni sağlamlığını gücləndirməyə yönəlib. Stress, təşviş, depressiya və münasibət problemləri üzrə peşəkar yanaşma tətbiq olunur. Fərdi terapiyalar vasitəsilə daxili balansın bərpası hədəflənir. Məqsəd daha sağlam düşüncə və həyat keyfiyyəti formalaşdırmaqdır.
Həkim və mütəxəssislərimiz:
PhD.dr Vəfa Paşazadə – Baş Həkim, ümumi cərrah, klinik psixoloq, PSYCH-K®️ Facilitator, bariatric diyetoloq
Mirşahin Əlizadə – Klinik Psixoloq / PSYCH-K®️ Facilitator
Lalə Məmmədova – Həkim psixiatr – psixoterapevt
Tamilla Süleymanova – Klinik Psixoloq
Bəyim Babayeva – Bakı Dövlət Universitetinin müəllimi, psixoterapevt, klinik psixoloq, biznes treyner, psixologiyanın idarəedilməsinə dair bir çox treyninqlərin rəhbəri
Qəmzə Aslanlı – Psixoloq
Dietologiya və qidalanma
Bu şöbəmizdə sağlam və balanslı qidalanma planları hazırlanır. İnsulin dirənci, çəki problemləri və digər metabolik pozuntular üçün fərdi proqramlar təqdim edilir. Qidalanma vərdişlərinin dəyişdirilməsi ilə uzunmüddətli sağlamlıq əldə etmək mümkündür. Məqsəd bədənin ehtiyaclarına uyğun düzgün qida rejimi qurmaqdır.
Həkim və mütəxəssislərimiz:
PhD.dr Vəfa Paşazadə – Baş Həkim, ümumi cərrah, klinik psixoloq, PSYCH-K®️ Facilitator, bariatric diyetoloq
Leyla Qədirova – Klinik diyetoloq
Səidə Qaraqurbanlı – Həkim diyetoloq
Xavər Bağırlı – Həkim diyetoloq, Metabolic Balance proqramı üzrə Azərbaycan təmsilçisi
İnteqrativ Tibb və Holistik Terapiya
İnteqrativ yanaşma ənənəvi və alternativ müalicə metodlarını birləşdirir. Bədən, ağıl və ruh bütöv şəkildə dəyərləndirilir. Təbii və dəstəkləyici terapiyalarla ümumi sağlamlıq gücləndirilir. Məqsəd xəstəliyin səbəbini aradan qaldıraraq uzunmüddətli balans yaratmaqdır.
Həkim və mütəxəssislərimiz:
Zemfira Həsənova – Tibb elmləri namizədi, terapevt, biorezonans diaqnostika və müalicə mütəxəssisi
Natiqə Mahmudova – Enerji terapiyası, bədən nöqtələri ilə müalicə mütəxəssisi
Məhbubə Əliyeva – Nəfəs terapiyası, yoqa mütəxəssisi
Nevrologiya və Endokrinologiya
Sinir sistemi ilə bağlı problemlərin diaqnostika və müalicəsi Zahra Clinicin bu şöbəsində aparılır. Baş ağrıları, yuxu pozuntuları və s. kimi hallar xüsusi diqqətlə qiymətləndirilir. Müasir tibbi yanaşmalarla səbəbə yönəlik müalicə planı hazırlanır. Məqsəd orqanizmin düzgün və stabil fəaliyyətini təmin etməkdir.
Həkim və mütəxəssislərimiz:
Əlövsət Əhmədov – Həkim nevroloq
Lalə Qocayeva – Mütəxəssis, endokrinoloq
Yaqub Allahverdiyev – Mütəxəssis, nevroloq
Lamiyə Əhmədli – Nevroloq
Günel Verdiyeva – Nevroloq
Kosmetologiya
Zahra Clinicdə dərinin sağlamlığı və estetik görünüşü üçün peşəkar qulluq xidmətləri təqdim olunur. Müxtəlif dəri problemləri üçün fərdi prosedurlar və müalicələr tətbiq edilir. Müasir texnologiyalarla dəri yenilənir və təbii gözəllik ön plana çıxarılır. Məqsəd sağlam, parlaq və baxımlı görünüş əldə etməkdir.
Həkim və mütəxəssislərimiz:
Nərminə Məmmədova – Həkim-kosmetoloq